08 İyun 2026
Ölkə futbolu

Azərbaycana gələn hücumçunun dəyəri 200 min avro artdı – “Qarabağ” fərqi

“Qarabağ”ın isveçli hücumçu Zakaria Savonu transfer etdiyindən xəbərdarsınız. Ağdam təmsilçisi İsveçin “Yurqarden” klubunun üzvü ilə 3 mövsümlük müqavilə imzalayıb.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan klubuna keçə futbolçunun bazar dəyəri artıb. Belə ki, nüfuzlu “transfermarkt” nəşri son yenilənməsində Savonun dəyərini 750 min avro olaraq göstərib.

Halbuki 26 yaşlı forvard ötən ay 550 min avro dəyərində idi. Onun “Qarabağ”a transferinin ardından qiymətində 200 min avro yüksəliş olduğu görünür.

Xatırladaq ki, hücumçu ötən mövsüm meydana çıxdığı 22 oyunda 10 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43