Yeni mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək “Şəfa” yay transfer pəncərəsində ilk transferini reallaşdırıb.
İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bakı təmsilçisi müdafiəçi Rauf Hüseynlini heyətinə qatıb. 26 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.
Sağ cinah müdafiəçisi mövqeyində çıxış edən Rauf Hüseynli son olaraq “Kəpəz”in formasını geyinib. O, ötən mövsüm 28 oyunda meydana çıxaraq 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Xatırladaq ki, futbolçunun Bakı klubuna keçəcəyini ilk olaraq İdmanxeber.az saytı yazmışdı.

