Xeyli müddətdir sponsor axtarışlarını davam etdirən “Səbail” istəyinə çatıb.
İdmanxeber.az Football.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi maliyyə vəziyyətini düzəltməyə yaxındır.
Belə ki, “Şahdağ Qusar”a sponsorluq edən şirkət bundan sonra “dənizçilər”ə himayədarlıq edəcək. Tərəflər arasında razılıq əldə olunub.
Eyni zamanda, “Kəpəz”in İdarə Heyətinin sabiq sədri İlqar Nadiri “Səbail”ə idarəçi kimi qoşulacaq.
Xatırladaq ki, “dənizçilər”in daha əvvəl “Aztürk Holdinq” ilə apardığı danışıqlar uğursuz yekunlaşıb. Şirkətin sahibi klubun mövcud borclarının bir hissəsini bağlamaqdan imtina edib, yalnız təsisçilik payını rəsmən alandan sonra bu işə qol qoyacağını bildirib.
Qeyd edək ki, “Səbail” ötən mövsüm 1-ci Liqada 3-cü pilləni tutub.

