“Şamaxı”dan ayrılan futbolçu karyerasını Ermənistanda davam etdirəcək.
İdmanxeber.az xəbər verir ki, söhbət Sezar Enrikedən gedir. Futbolçu “Alaşkert”lə anlaşıb. Bu barədə klub rəsmi saytından açıqlama verib.
Braziliyalı müdafiəçi ilə ötən yay komandaya qoşulmuşdu. Bölgə təmsilçisi onunla başa çatan müqaviləni yeniləməyib.

