14 İyun 2026
Ölkə futbolu

SON DƏQİQƏ! Bundesliqa klubu millimizin futbolçusunu stadiondan izlədi – Raport hazırladı 

“Qarabağ” və Azərbaycan millisinin üzvü Elvin Cəfərquliyev daha bir klubun maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, müdafiəçi Bundesliqa təmsilçisi “Ausburq”un diqqətindədi. Almaniya klubu oyunçu ilə ciddi şəkildə maraqlanır.

Hətta klub nümayəndələri millimizin Avstriya toplanışı çərçivəsində Macarıstanda keçirilən Malta görüşünü stadiondan izləyib. Onlar futbolçunun performansını yerində izləyib rəhbərliyi raport hazırlayıblar.

Hələlik Bundesliqa təmsilçisi futbolçu üçün “Qarabağ”a rəsmi təklif göndərməyib. Ancaq bu yaxınlarda Elvinin karyerası ilə bağlı yenilik olması gözlənilir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43