İtaliyanın “Yuventus” klubu Jeremi Boqanın transfer hüquqlarını tam şəkildə əldə edib.
İdmanxeber.az-ın məlumatına görə, Turin təmsilçisi futbolçunun satınalma maddəsini aktivləşdirib. Kot-d’İvuar millisinin üzvü ötən mövsümün ikinci yarısını icarə əsasında “Yuventus”da keçirmişdi.
O, göstərdiyi performansla məşqçilər korpusunun etimadını qazanıb.
Klubun yaydığı məlumata əsasən, Boqa ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Transfer üçün təxminən 4,8 milyon avro ödəniləcəyi qeyd olunur.

