16 İyun 2026
Ölkə futbolu

Avrokuboklar: Azərbaycan klublarının mümkün rəqibləri azaldı

Bu gün keçiriləcək avrokubok püşkləri öncəsi UEFA komandaları qruplara bölüb.

İdmanxeber.az-ın məlumatına görə, bununla da Azərbaycan təmsilçilərinin mümkün rəqiblərinin sayı azalıb.

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizəyə başlayacaq “Sabah”ın potensial rəqib sayı 14-dən 7-ə düşüb:

“Şemrok Rovers” (İrlandiya)
“KuPS (Finlandiya)
“Linkoln Red İmps” (Cəbəllütariq)
“Riqa” (Latviya)
“Flora” (Estoniya)
“Larn” (Şimali İrlandiya)
TNS (Uels)

Avropa Liqasında iştirakçı sayının az olması səbəbindən qruplaşdırma aparılmayıb. Bu turnirdə çıxış edəcək “Qarabağ”ın mümkün rəqibləri əvvəlki kimi qalır:

“Jilina” (Slovakiya)
“Voyvodina” (Serbiya)
“Universitatya Kluj” (Rumıniya)
“Alüminiy” (Sloveniya)
“Derri Siti” (İrlandiya)
“Vestri” (İslandiya)

Konfrans Liqasında isə komandalar 5 qrupa bölünüb. “Zirə” 1-ci qrupda yer alıb və onun 5 mümkün rəqibi var:

“Torpedo” (Gürcüstan)
“Velej” (Bosniya və Herseqovina)
“Yelimay” (Qazaxıstan)
“Elbasani” (Albaniya)
“Petrovats” (Monteneqro)

Qeyd edək ki, UEFA-da 1-ci mərhələlərin püşkatma mərasimi bu gün keçiriləcək. Azərbaycanın Konfrans Liqasında digər təmsilçisi – yarışa ikinci mərhələdən başlayacaq “Neftçi”nin rəqibi isə iyunun 17-də
müəyyənləşəcək. (haqqın.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43