16 İyun 2026
Ölkə futbolu

Cavid Hüseynov Premyer Liqa klubunda – RƏSMİ 

“Araz-Naxçıvan” PFK-nın rəhbərliyi baş məşqçi vəzifəsinə Cavid Hüseynovu təyin edib.

İdmanxeber.az xəbər verir ki, mütəxəssislə 1 illik müqavilə imzalanıb. Bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Futbolçu kimi müxtəlif illərdə “Turan”, MOİK, “Olimpik”, “İnter”, “Neftçi”, “Bakı”, “Qəbələ”, “Zirə”, Türkiyənin “Adana Demirspor” klublarının, həmçinin Azərbaycanın U-19, U-21, əsas millisinin formasını geyinmiş C. Hüseynov məşqçi kimi “Şamaxı” klubunda fəaliyyətə başlayıb. “Cəbrayıl”, “Turan Tovuz” klublarında da çalışan 38 yaşlı mütəxəssis bir müddət “Səbail”in də baş məşqçisi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43