20 İyun 2026
Ölkə futbolu

Braziliyalı futbolçu “Neftçi”də – RƏSMİ 

“Neftçi” yeni mövsüm üçün növbəti transferini həyata keçirib.

İdmanxeber.az xəbər verir ki, Bakı təmsilçisi braziliyalı yarımmüdafiəçi Qustavo Klisman Dimaraeş Mirandanı heyətinə cəlb edib.

26 yaşlı futbolçu ilə 2+1 illik müqavilə bağlanıb. O, 20 nömrəli formanı geyinəcək.

Karyerasının böyük hissəsini Portuqaliyada keçirən Klisman 2025-ci ildə icarə əsasında Yaponiyanın “Vissel Kobe” klubunda çıxış edib. O, sonuncu klubu “Santa Klara”nın heyətində 74 oyun keçirib, 3 qol və 7 assist müəllifi olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43