“Qarabağ” bu gün Avstriyanın Tirol bölgəsinə təlim-məşq toplanışına yollanıb.
İdmanxeber.az-ın məlumatına görə, Elvin Cəfərquliyev də komanda ilə toplanışa yollanıb. 25 yaşlı müdafiəçi bir müddət əvvəl baş məşqçi Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilmişdi.
Hətta onun satışa çıxarıldığı və bir neçə klubun maraq dairəsində olduğu bildirilirdi.
Millimizin üzvünün komanda ilə təlim-məşq toplanışına yollanması Qurbanovun futbolçunu bağışladığı iddialarını gündəm gətirib. Azarkeşlər Elvinin əsas komandaya qayıtmasını sosial şəbəkələrdə sevinclə qarşılayıb.

