İran millisinin baş məşqçisi Amir Qalenoi Belçika ilə qolsuz heç-heçədən sonra sərt açıqlamalar verib.
İdmanxeber.az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandasının turnir ərzində müxtəlif çətinliklərlə üzləşdiyini bildirib. O, xüsusilə logistika və hazırlıq məsələlərindən narazı qaldığını vurğulayıb:
“Bəzi komandalarla müqayisədə bizim şəraitimiz eyni deyil. Uzun səfərlər və hazırlıq problemləri futbolçulara təsir edir. Belə şeylər dünya çempionatında normal hesab edilməməlidir.”
İran yığması hazırda qrupdan çıxmaq uğrunda mübarizəni davam etdirir. Komandanın aktivində 2 xalı var.

