“Zirə” futbolçusu Rövlan Muradovla yollarını ayırıb.
İdmanxeber.az-a verilən məlumata görə, oyunçunun bir neçə klubdan təklifləri var. “Sumqayıt” da onlardan biridi.
Tərəflər arasında bir müddətdir danışıqlar davam edir. R. Muradov özü də “kimyaçılar”da çıxış etməyə müsbət yanaşır.
Onun digər Premyer Liqa klublarından da təklifləri olsa da, futbolçu “Sumqayıt”la anlaşma yaxındır. Əgər son anda bir dəyişiklik olmasa, yarımmüdafiəçi Sumqayıt təmsilçisində çıxış edəcək.

