ABŞ-ın MLS təmsilçisi “Sportinq Kanzas Siti” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, klub Avstriyanın “Şturm” komandasında çıxış edən Emir Kariçi transfer edib. 29 yaşlı sol cinah müdafiəçisi ilə iki illik müqavilə imzalanıb. Razılaşmaya əsasən, sözləşmənin müddəti daha bir il uzadıla bilər.
Kariç ötən mövsüm 44 oyunda meydana çıxaraq 5 məhsuldar ötürmə ilə yadda qalıb. Klub rəhbərliyi təcrübəli futbolçunun komandaya dərhal fayda verəcəyinə inanır.

