“Real” yay transferlərini maliyyələşdirmək üçün yarımmüdafiəçilərindən birini sata bilər.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubunun əsas namizədləri Eduardo Kamavinqa və Orelyen Çuameni hesab olunur. Hər iki futbolçu ilə “Mançester Yunayted”in yaxından maraqlandığı bildirilir.
Xüsusilə Çuameninin transferindən əldə olunacaq gəlirin “Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enso Fernandes üçün istifadə ediləcəyi iddia olunur.
Çuameni ötən mövsüm bütün turnirlərdə 49 oyunda 4 qol vurub və 5 məhsuldar ötürmə edib. Madrid təmsilçisi yekun qərarı qarşıdakı günlərdə verəcək.

