“Liverpul” Yan Diomande transferində uğursuzluqla üzləşdikdən sonra alternativ variantlara yönəlib.
İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı futbolçu karyerasını PSJ-də davam etdirməyə üstünlük verib və Fransa klubu ilə beşillik müqavilə barədə razılığa gəlib. Bundan sonra Mersisayd təmsilçisi diqqətini Bredli Barkola və digər gənc cinah oyunçularına çevirib.
Diomande ötən mövsüm bütün turnirlərdə 39 oyunda 12 qol vurub və 10 məhsuldar ötürmə edib.

