29 İyun 2026
Dünya futbolu

“Reyncers” daha bir transferi bitirmək üzrədir

Şotlandiya “Reyncers”i yay transfer dönəmində dördüncü transferini reallaşdırmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, klubun “Hall Siti”nin xorvatiyalı qapıçısı İvor Panduru təxminən 6 milyon funt sterlinq qarşılığında heyətinə qatacağı bildirilir.

Bu transfer baş tutarsa, hazırkı əsas qapıçı Cek Batlendin komandadan ayrılması gözlənilir.

“Reyncers” daha əvvəl Ben Qodfri, Lourens Şenklend və Ross Makkrorini heyətinə cəlb edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43