Stiv Klark Şotlandiya millisinin baş məşqçi postundan ayrıldığını açıqlayıb.
İdmanxeber.az-ın məlumatına görə, komandanın dünya çempionatında qrupdan çıxa bilməməsindən sonra 62 yaşlı mütəxəssis vəzifəsini tərk etmək qərarı verib. O bildirib ki, turnirdə uğursuz çıxış olacağı təqdirdə əvvəlcədən belə bir addım atmağı planlaşdırmışdı.
Klarkın yerinə əsas namizədlər arasında Devid Moyes və Ange Postekoqlunun adları çəkilir

