29 İyun 2026
Dünya futbolu

Liverpul təmsilçisi öndədir – Transfer tamamlanır 

“Everton” “Midlsbro”nun yarımmüdafiəçisi Hayden Hakninin transferini başa çatdırmağa yaxındır.

İdmanxeber.az-ın məlumatına görə, Premyer Liqa təmsilçisi 23 yaşlı futbolçu üçün təxminən 25 milyon funt sterlinq ödəyəcək. Bildirilir ki, transferin bu həftə ərzində rəsmiləşdirilməsi gözlənilir.

“Everton”un yay transfer pəncərəsində dayaq yarımmüdafiəçisi axtardığını və iyunun əvvəlində “Midlsbro”ya ilk təklifinin rədd edildiyini yazılmışdı.

Hayden Hakniyə təkcə “Everton” deyil, “Tottenhem”, “Nottingem Forest” və “Kristal Pelas” da maraq göstərirdi. Lakin hazırda transfer yarışında ən yaxın tərəf Liverpul təmsilçisi hesab olunur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43