Azərbaycan milli komandasının hücumçusu Vüsal İsgəndərli karyerasını Kosovoda davam etdirəcək.
İdmanxeber.az-ın məlumatına görə, 29 yaşlı futbolçu “Malişeva” klubu ilə müqavilə imzalayıb. Klub transferi rəsmi sosial media hesablarında açıqlayıb.
Xatırladaq ki, millimizin futbolçusu Albaniyanın “Partizani” klubunda çıxış edirdi.
Vüsal İsgəndərli 2023/24 mövsümündə “Eqnatiya” ilə Albaniya çempionu olub.


