“Qarabağ” Macarıstan millisinin müdafiəçisini transfer edir.
İdmanxeber.az xarici mətbuata istinadən xəbər verir ki, “Zalaegersegi” klubunun üzvü Bence Varkonyi karyerasını Azərbaycanda davam etdirəcək.
24 yaşlı mərkəz müdafiəçisi təxminən 1 milyon avro qarşılığında “Qarabağ”a transfer olunur. Onun Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayacağı gözlənilir.
Xatırladaq ki, təcrübəli futbolçu ötən mövsüm komandası ilə 30 oyunda forma geyinib. Onun klubu ilə 2027-ci ilə qədər müqaviləsi var.

