01 İyul 2026
Ölkə futbolu

Premyer Liqa klubu əcnəbi qapıçı axtarır 

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” qapıçı axtarışındadır.

İdmanxeber.az-a verilən məlumata görə, Naxçıvan klubu bu mövqe üçün əcnəbi oyunçulara yönəlib. Daha öncə siyahıda bir neçə yerli qapıçının adı olsa da, sonradan rəhbərlik fikrini dəyişib. 

Premyer Liqa təmsilçisi axtarışlarını Portuqaliyadan davam etdirir. Yeni gələcək əcnəbi oyunçunun məhz bu ölkədən olacağına ehtimal yüksəkdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43