01 İyul 2026
Dünya futbolu

“Liverpul” Salahın yerinə onu gətirir

“Milan”ın və ABŞ millisinin hücumçusu Kristian Pulişiç “Liverpul”un transfer siyahısına daxil edilib.

İdmanxeber.az-ın məlumatına görə, Mersisayd klubu Məhəmməd Salaha alternativ axtarır və 27 yaşlı futbolçunu əsas namizədlərdən biri hesab edir. Pulişiç ötən mövsüm 49 oyunda 19 qol vurub, 14 məhsuldar ötürmə edib.

Hazırda klublar arasında rəsmi danışıqlar olmasa da, “Liverpul”un nümayəndələri oyunçunun vəziyyətini yaxından izləyirlər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43