“Neftçi”nin heyətinə qatmaq istədiyi Freddi Varqasa başqa ölkələrdən də təklif var.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu Polşanın “Legiya” klubunun maraq dairəsindədir. İsrailin “Makkabi” (Netanya) klubuna məxsus oyunçu ilə danışıq aparılıb. Ancaq razılıq əldə olunmayıb.
Buna səbəb Varqasın Polşada oynamaq istəməməsidir. 26 yaşlı yarımmüdafiəçi “Legiya”nın təklifini geri çevirib.
Futbolçunun bu qərarı “Neftçi” azarkeşlərini həyəcanlandırıb. Fanatlar oyunçunun “ağ-qaralar”da qalmaq istədəyi üçün belə qərar verdiyini düşünür.
Xatırladaq ki, “Neftçi” də futbolçunun xidmətində maraqlıdır. Ancaq paytaxt təmsilçisi 900 min dollarlıq təzminat məbləğini ödəmək istəmir.

