“Zirə”nin yeni transferi ciddi zədə alıb.
İdmanxeber.az-a verilən məlumata görə, komandaya yeni cəlb edilən futbolçu Maykon Kleyton sıradan çıxıb. Braziliyalı qapıçı məşqdə ciddi zədə alıb və uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
Bunun ardından qəsəbə təmsilçisi bu gün azərbaycanlı qapıçı Hüseynəli Quliyevi transfer edib.
Xatırladaq ki, “Zirə” Maykon Kleytonla 2 illik müqavilə bağlamışdı.

