07 İyul 2026
Ölkə futbolu

“Zirə”nin yeni transferi ölkəsinə yola düşdü – Əməliyyat üçün 

“Zirə”nin yeni transferinin ciddi zədə aldığını xəbər vermişdik.

İdmanxeber.az-a verilən məlumata görə, komandaya yeni cəlb edilən qapıçı Maykon Kleyton əməliyyat olunacaq. Futbolçu bunun üçün ölkəsi Braziliyaya yollanıb.

Komanda ilə məşq zamanı ciddi zədə alan futbolçunun uzun müddət yaşıl meydanlardan kənar qalacağı gözlənilir.

Xatırladaq ki, “Zirə” Maykon Kleytonla 2 illik müqavilə bağlamışdı.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43