“Mançester Yunayted” “Real”ın yarımmüdafiəçisi Aurélien Tçuamenini transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə klubu futbolçunun nümayəndələri ilə təmaslarını davam etdirir. Lakin “Real”ın fransalı yarımmüdafiəçini satmaq niyyətində olmaması və onun yüksək maaşı transferin qarşısındakı əsas maneələr hesab olunur.
Qeyd edək ki, 25 yaşlı Tçuameni ötən mövsüm bütün turnirlərdə 59 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.

