“Kəpəz” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi Rəşad Əzizli ilə müqavilə bağlayıb. Təcrübəli qolkiper dünən yeni klubu ilə rəsmi sözləşmə imzalayıb.
Transfer yaxın vaxtda rəsmən açıqlanacaq.
Əzizli ötən mövsümü “Səbail”də keçirib.

