08 İyul 2026
İdman

“Sabah” Çempionlar Liqasında “Trabzonspor”a rəqib oldu

“Sabah” basketbol komandasının FIBA Çempionlar Liqasının əsas mərhələsindəki rəqibləri bəlli olub.

İdmanxeber.az xəbər verir ki, bu, turnirin püşkatma mərasimindən sonra müəyyənləşib.

Azərbaycan çempionu A qrupunda Türkiyənin “Trabzonspor”, Fransanın “Nanterre”, Litvanın “Ritas” klubları ilə üz-üzə gələcək.

Əsas mərhələyə oktyabrın 6-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43