08 İyul 2026
Dünya futbolu

“Arsenal” Morqan Rocers üçün rekord təklif hazırlayır

“Arsenal” “Aston Villa”nın yarımmüdafiəçisi Morqan Rocersi transfer siyahısının ilk sıralarında saxlayır.

İdmanxeber.az-ın məlumatına görə, Birmingem təmsilçisi futbolçunu yalnız klub tarixinin ən bahalı satışlarından biri ola biləcək məbləğ qarşılığında buraxmağa razıdır. Hələlik rəsmi təklif edilməyib.

22 yaşlı futbolçu ötən mövsüm 51 oyunda 17 qol vurub, 15 məhsuldar ötürmə verib. “Arsenal”ın yaxın günlərdə ilk rəsmi addımı atacağı gözlənilir. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43