“Barselona” və digər klubların maraq dairəsində olan Conatan Asp Yensen “Bavariya”da qala bilər.
İdmanxeber.az-ın məlumatına görə, Münhen təmsilçisi futbolçunu icarəyə vermək istəmir və yalnız tam transfer variantını nəzərdən keçirir. Almaniya klubu gənc oyunçunun dəyərinin daha da artacağına inanır.
19 yaşlı yarımmüdafiəçi ötən mövsüm bütün turnirlərdə 31 oyunda 8 qol və 9 assist edib.

