09 İyul 2026
Ölkə futbolu

Niderlandlı futbolçu “Şəfa”da – RƏSMİ

“Şəfa” növbəti transferini reallaşdırıb.

İdmanxeber.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qatıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, karyerası ərzində Niderlandın “TOP Oss” və “Volendam” komandalarının formasını geyinib. Dilan eyni zamanda Rusiyanın “Fakel” (Voronej), Bolqrasıtanın “Botev” (Polivdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.

Qeyd edək ki, “Şəfa” yay fasiləsində Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev və Vlad Marian Pop və Andrey Fernandu Draqunu da transfer edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43