09 İyul 2026
Dünya futbolu

Rodri siyahıdan çıxdı, “Real” Haalanddan əl çəkmir

“Real” “Mançester Siti”nin hücumçusu Erlinq Haalandı transfer etmək istəyindən hələ də vaz keçməyib.

İdmanxeber.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Mənbənin iddiasına görə, Madrid təmsilçisi norveçli forvardın çıxışını “Molde”də oynadığı vaxtdan yaxından izləyir və onu uzunmüddətli transfer hədəfi kimi qiymətləndirir.

Bununla yanaşı, “kral klubu” əvvəllər yarımmüdafiəni gücləndirmək üçün nəzərdən keçirdiyi Rodri ilə artıq  maraqlanmır. İspaniyalı futbolçunun transferi hazırda klubun prioritetləri sırasına daxil deyil.

Haaland ötən mövsüm “Mançester Siti”nin heyətində bütün turnirlərdə 49 oyunda meydana çıxıb, 35 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43