10 İyul 2026
Ölkə futbolu

Azarkeşlər klublarımızı avrokubok oyunlarında tək buraxmadı  – “Qarabağ” zirvədə yer aldı

Azərbaycan klublarının avrokubok mübarizəsindəki azarkeş sayı müəyyənləşib.

İdmanxeber.az-ın məlumatına görə, tarixində ilk dəfə Çempionlar Liqasında çıxış edən “Sabah” doğma meydanda Uelsin TNS klubunu qəbul edib. “Baqyuşlar”ın 2:0 hesabı ilə qələbə qazandığı matçı tribunalardan 7 min azarkeş izləyib. 

Konfrans Liqasında çıxış edən “Zirə” də ilk görüşünü ölkəmizdə oynayıb. Sumqayıt şəhər stadionunda baş tutan matçda tribunada 1490 tamaşaçı yer alıb. Təmsilçimiz bu qarşılaşmada Gürcüstanın “Torpedo” klubunu 3:0 hesabı ilə məğlub edib.

Futbolsevərlərin ən çox maraq göstərdiyi matç isə Avropa Liqasındakı yeganə komandamız “Qarabağ”ın Bakıda İslandiyanın “Vetri” klubunu darmadağın etdiyi görüş olub – 3:0.

Tofiq Bəhramov adına Respublika stdionunda keçirilən qarşılaşmanı 23 min 549 azarkeş izləyib. Bu, cari mövsüm avrokubok oyunlarında qeydə alınan ən çox azarkeş sayıdır. 

KL-dəki digər təmsilçimiz “Neftçi” isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43