“Qarabağ”ın UEFA Avropa Liqasının I təsnifat mərhələsində “Vestri” üzərində qazandığı qələbə Azərbaycanın UEFA ölkə reytinqinə müsbət təsir göstərib.
İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun bu uğur sayəsində ölkə hesabına 0.250 xal əlavə edib.
Bununla da Azərbaycanın UEFA reytinqindəki ümumi xalı 19.313-ə yüksəlib. Ölkəmiz 26-cı pillədə qərarlaşıb.
UEFA ölkə reytinqinə 98.520 xalla İngiltərə başçılıq edir.

