10 İyul 2026
Ölkə futbolu

Ramiz Məmmədov “Karvan-Yevlax”da – RƏSMİ

2026/27 mövsümündə Azərbaycan 1-ci liqasında mübarizə aparacaq “Karvan-Yevlax”ın yeni baş məşqçisi müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Komanda Ramiz Məmmədova həvalə olunub. 57 yaşlı mütəxəssisin son klubu “Mingəçevir” olub.

Qeyd edək ki, Ramiz Məmmədov daha əvvəl “Şamaxı”, “Qəbələ” və “Atrau” (Qazaxıstan) komandalarını da çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43