10 İyul 2026
Dünya futbolu

“Real” xorvatiyalı futbolçunu transfer edir

“Real” azad agent statusunda olan Marselo Brozoviçi heyətinə qatmaq istəyir.

İdmanxeber.az-ın məlumatına görə, Madrid klubunun baş məşqçisi Joze Mourinyo 33 yaşlı xorvatiyalı yarımmüdafiəçini komandasında görmək istəyir. Tərəflər artıq mümkün transferin şərtlərini müzakirə etməyə başlayıblar.

Qeyd edək ki, Brozoviç ötən mövsüm “Əl-Nəsr”in heyətində 40 oyunda 1 qol vurub, 5 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43