11 İyul 2026
Ölkə futbolu

Dünya çempionatında Argentinanı məyus edən futbolçu “Sabah”ın hədəfində 

“Sabah” klubu heyətini yeni futbolçu ilə gücləndirmək üçün hərəkətə keçib.

İdmanxeber.az– xarici mətbuata istinadən xəbər verir ki, Bakı təmsilçisi Misir millisinin və İspaniyanın “Oviedo” klubunun cinah müdafiəçisi Hayssem Hassanı heyətinə qatmaq istəyən komandalar sırasındadır. Məlumata görə, 23 yaşlı futbolçu ilə Cənubi Afrika və Avropa klubları da maraqlanır.

Hələlik tərəflər arasında rəsmi danışıqlar və ya transferlə bağlı razılıq əldə olunması barədə məlumat yoxdur.

Qeyd edək ki, Hassan müqavilə ilə “Oviedo” klubuna məxsusdur. O, ötən mövsüm La Liqada 38 oyun keçirib və 3 assist edib. 

Xatırladaq ki, futbolçu Misirin dünya çempionatında Argentinaya məğlub olduğu matçda (2:3) məhsuldar ötürmə ilə yadda qalmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43