“Atletiko” heyətini yeni futbolçu ilə gücləndirib.
İdmanxeber.az-ın məlumatına görə, Madrid təmsilçisi “Sportinq”in kapitanı Morten Yulmannı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
La liqa nəhəngi 27 yaşlı dayaq yarımmüdafiəçisi üçün Portuqaliya klubuna 40+5 milyon avro təzminat ödəyəcək. Danimarlka millisinin üzvü “Atletiko” ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Yulmann 2025/26 mövsüümündə “Sportinq”in heyətində bütün turnirlərdə meydana çıxdığı 45 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

