“Atletiko” yarımmüdafiə xəttini gücləndirmək üçün “Çelsi”nin argentinalı futbolçusu Enso Fernandeslə maraqlanır.
İdmanxeber.az-ın məlumatına görə, İspaniya klubu əvvəlcə icarə variantını nəzərdən keçirir. “Çelsi” isə futbolçunun satışı ilə bağlı tələsmir.
Enso ötən mövsüm 49 oyunda 8 qol və 15 məhsuldar ötürmə edib.

