“Nottingem Forest” “Yuventus”un hücumçusu Duşan Vlahoviçi transfer etmək istəyən klublar sırasındadır.
İdmanxeber.az-ın məlumatına görə, İngiltərə təmsilçisi serbiyalı forvardın vəziyyətini yaxından izləyir. “Yuventus” yüksək maaş yükünü azaltmaq üçün uyğun təklif gəlsə, transferə mane olmayacaq.
Vlahoviç ötən mövsüm 44 oyunda 18 qol və 5 assistlə yadda qalıb.

