Yeni mövsümə Türkiyədə hazırlaşan “Turan Tovuz” yoxlama oyunlarındakı növbəti rəqibi bəlli olub.
İdmanxeber.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Komanda 27 iyul tarixində Türkiyənin 1-ci liqa təmsilçisi “Fatih Karagümrük”lə qarşılaşacaq.
Qeyd edək ki, “Turan Tovuz” bunadək İranın U-21 yığması ilə heç-heçə edib – 1:1

