Bu gün UEFA Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, “Sabah”ın da potensial rəqibinin adına aydınlıq gəlib.
Azərbaycan çempionu bu turda Finlandiyanın KuPS klubunu məğlub etsə, “Aarhus” (Danimarka) – “Lex” (Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.
ÇL-də üçüncü mərhələnin ilk matçları 4/5 avqust, cavab görüşləri avqustun 11-nə təyin olunub.

