“Aston Villa” “Vest Hem”in cinah oyunçusu Krizensio Summervillenin transferi üçün hərəkətə keçib.
İdmanxeber.az-ın məlumatına görə, Birmingem təmsilçisi “Çelsi”yə keçməyə yaxın olan Morqan Rocersin yerini məhz niderlandlı futbolçu ilə doldurmaq niyyətindədir.
“Roma” da 24 yaşlı oyunçu ilə maraqlanır. Summerville ötən mövsüm 34 oyunda 7 qol vurub, dünya çempionatında isə 2 qol və 2 məhsuldar ötürmə ilə diqqət çəkib.

