21 İyul 2026
Ölkə futbolu

Qambiyalı futbolçu “Şəfa”da – RƏSMİ

“Şəfa” klubu növbəti transferini reallaşdırıb.

İdmanxeber.az-ın məlumatına görə, müdafiəçi Maudu Lamine Jarjue ilə 2 illik müqavilə imzalanıb.

28 yaşlı qambiyalı futbolçu ikinci dəfə Azərbaycanda çıxış edəcək. O, daha əvvəl “Səbail”in formasını geyinib.

Jarjue peşəkar futbolçu karyerasına Portuqaliyanın “Jil Visente” klubunda başlayıb. Eyni zamanda, Avstriyanın “Austria” (Vyana), İsveçin “Elfsborq”, Slovakiyanın “Slovan” (Bratislava), Norveçin “Sandefyord” və Şimali Makedoniyanın “Struqa” komandalarında çıxış edib.

Maudo Lamine Jarjue Qambiya millisinin də üzvü olub və 2 matçda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43