Bu gün UEFA Konfrans Liqasında 3-cü təsnifat mərhələsinin püşkü atılıb.
İdmanxeber.az-ın məlumatına görə, “Zirə” Estoniya təmsilçisi “Payde”ni mübarizədən kənarlaşdıracağı halda, “Santa Koloma” (Andorra) – “Rapid” (Avstriya) cütünün qalibi ilə görüşəcək.
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinin “Qarabağ” – SSKA (Bolqarıstan) cütünün məğlubu isə KL-də “Dinamo” (Kiyev, Ukrayna) – PAOK (Yunanıstan) cütünün məğlubu ilə qarşılaşacaq.
UEFA Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin matçları 6 və 13 avqustda keçiriləcək.

