“Liverpul”un “Real”ın braziliyalı hücumçusu Rodriqonu transfer etmək istədiyi bildirilir.
İdmanxeber.az-ın məlumatına görə, mersisaydlılar yaxın günlərdə Madrid klubuna rəsmi təklif göndərməyə hazırlaşır. “Real” futbolçunu yalnız yüksək məbləğ qarşılığında buraxmağa razıdır.
Rodriqo ötən mövsüm bütün turnirlərdə 51 oyunda 15 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

