21 İyul 2026
Dünya futbolu

“Atletiko” slovakiyalı futbolçu ilə güclənir

Madrid “Atletiko”su “Feyenoord”un slovakiyalı müdafiəçisi David Hankonun transferi ilə maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, baş məşqçi Dieqo Simeone müdafiə xəttini gücləndirmək üçün məhz 27 yaşlı futbolçunu istəyib. “Atletiko”nun yaxın günlərdə ilk rəsmi təklifini göndərəcəyi gözlənilir.

Hanko ötən mövsüm bütün turnirlərdə 47 oyunda 4 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43