21 İyul 2026
Kateqoriyasız

Fransa klubu misirli hücumçu ilə maraqlanr

Fransanın “Marsel” klubu “Nant”ın misirli hücumçusu Mostafa Məhəmmədin transferi üçün danışıqlara başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi yay transfer pəncərəsində hücum xəttini gücləndirməyi prioritet hesab edir. “Nant” uyğun təklif gələcəyi halda futbolçunun satışına razılıq verə bilər.

Mostafa Məhəmməd ötən mövsüm bütün turnirlərdə 34 oyunda 8 qol vurub və 2 məhsuldar ötürmə edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43