Almaniyanın “Leyptsiq” klubunun oyunçusu Yan Diomande Avropa nəhənglərinin diqqət mərkəzindədir.
İdmanxeber.az-ın məlumatına görə, futbolçu ilə bağlı PSJ klubu danışıqları davam etdirsə də, hələlik heç bir razılıq əldə olunmayıb. Diomande ilə bir neçə aparıcı Avropa klubu maraqlanır.
Ötən mövsüm o, Bundesliqada 12 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Transfer məsələsinin yaxın günlərdə daha da konkretləşəcəyi gözlənilir.

