“Arsenal” Mərakeş millisinin Dünya Çempionatındakı uğurlu çıxışından sonra diqqət mərkəzinə düşən Əyyub Buaddini yaxından izləyən klublardan biri idi.
İdmanxeber.az-ın məlumatına görə, “Lill”in formasını geyinən 18 yaşlı dayaq yarımmüdafiəçisi Mərakeş millisinin dünya çempionatında keçirdiyi beş oyunun hamısında meydana çıxıb. Futbolçunun transferi uğrunda mübarizədə hazırda “Mançester Siti” ön plana keçib və əsas favorit hesab olunur.
Qeyd edək ki, “şəhərlilər” bu yay da “Arsenal”ın hədəfində olan Ceremi Monqanın transferində London klubunu qabaqlamağı bacarmışdı.

